Cəmiyyət

"Ata, bu mənəm?" Və mən ağlamağa başladım...

21 May 2015 12:03
24 Şərh     Baxış: 24 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Nair Əliyevin haqqın.az-da dərc olunmuş yazısını təqdim edir.

Çox fikirləşdim, bir sutkadan artıq. Amma paylaşmağa qərar verdim. Dünən ağladım. İnsanların, uşaqların ölümü barədə xəbər alanda kişilər ağladığı təki.
Övladını itirən və ya bir anlıq da olsa, övladını itirdiyini gözləri önünə gətirən valideynlər təki.
Və indi, bu yazını yazanda ağlayıram.
Ata və eyni vaxtda jurnalist olmaq çətindir. Soyuqqanlı şəkildə xəbərləri öyrənməyə, şərhlər almağa cəhd etmək və eyni zamanda dərd çəkmək, qəzəblənmək...
İnanın, dünən uzun müddət duruş gətirdim. Yaxşı mənada peşəkar qəzəbim dadıma çatdı.
Sonra iki yaşlı qızım qaçıb yanıma gəldi, yatmazdan əvvəl onu öpməyimi istədi. Kompüterimin ekranında fotoşəkil vardı. Dəhşətli yanğında həlak olan balaca qızın fotosu. Qızım təki qıvrım saçlı...
Həmişə olduğu kimi, qızım dizimdə oturdu və qəflətən kompüterin monitoruna baxanda o qızı gördü.
Qəflətən soruşdu: "Ata, bu mənəm?"
Və mən ağlamağa başladım...
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.