Cəmiyyət

Fərəhin arzusu gözündə qalan anası: "Mənim mələk balam..." - FOTO

19 May 2015 21:54
Baxış: 51 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binədəki rayonundakı çoxmərtəbəli yaşayış binasındakı dəhşətli yanğında həlak olan 3 yaşlı Fərəh balamızın anasının Facebook profilində yazdığı, ürəkləri riqqətə gətirən statusu sosial şəbəkələrdə yayılır.
Milli.Az bildirir ki, bu gün səhər saatlarında Binəqədi rayonunda baş vermiş yanğında həlak olanlar arasında 3 yaşlı Fərəh Məhərrəmova da vardı.
Sosial şəbəkələrdə onun anası Günay Məhərrəmovanın ötən ilin sentyabrında Facebook-da yazdığı status dolaşır.
Günay xanım həmin statusunda yazmışdı: "Düz iki il əvvəl, bugünkü gündə həyatımdakı bütün buludlar dağıldı, ömrümə bir Günəş doğdu, Fərəhim oldu, işığım oldu, qəlbimi isitdi. Xoşbəxtliyin necə olduğunu gördüm, sevincin, gülüşün nə olduğunu anladım, həyatın gözəlliyini dərk elədim. 
Nə yaxşı ki, doğuldun - mənim mələk qızım, nə yaxşı ki, həyatımda var oldun, varlığınla məni də yaşatdın. Allah yolunu açıq, bəxtini gözəl, şansını bol eləsin. Atdığın hər addım sənə uğur gətirsin, getdiyin hər qapı üzünə xeyirliyə açılsın. Allah səni qorusun, bəd nəzərdən, mərdimazardan uzaq eləsin. Həyatında həmişə güllər açsın. Mamalı-papalı böyüyəsən, gözəl qızım. 100 yaşa, nazlı balam! Amin"
Çox təəssüflər ki, ananın arzusu ürəyində qaldı. 
Allah Fərəh balamıza rəhmət eləsin!

Ceyhun Ələkbərov

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.