Cəmiyyət

Azərbaycan Turin beynəlxalq kitab sərgisində təmsil olunur

14 May 2015 21:46
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisi işə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə Azərbaycan "Xüsusi qonaq ölkə" statusunda təmsil olunur. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Sərginin açılış mərasiminə İtaliya Prezidenti Serco Mattarella, Piemonte əyalətinin rəhbəri S.Çiamparino, Turin şəhərinin meri P.Fassino və digər yüksək vəzifəli rəsmilər qatılıblar. Mərasimdə nazir müavini V.Əliyev və ölkəmizin nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Ekspozisiya zalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 50 kvadratmetr sahədə ölkəmizin stendi qurulub. Qız qalası, İçərişəhərin qala divarları dizaynı ilə hazırlanan Azərbaycan stendi orijinal tərtibatı ilə diqqət çəkir. Burada 300-dən çox adda nəfis tərtibatlı kitablar, eləcə də "Bakı-2015" I Avropa Oyunları, ölkəmizin turizm potensialı ilə bağlı çap məhsulları nümayiş olunur. Sərginin ilk günündə ölkəmizin stendinə böyük maraq hiss olunur.

Turin beynəlxalq kitab sərgisi mayın 18-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.