Cəmiyyət

Olülərin arzuları

16 Aprel 2015 23:40
2 Şərh     Baxış: 1 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər kəsin arzuları var. Bəziləri vəzifə, digərləri kurortda dincəlmək, üçüncüləri isə Məkkəyə ziyarət haqqında düşünürlər. Kasıb dadlı nahar, xəstə - sağalmaq, yolçu isə tez evə yetişmək istəyir. Biz plan qururuq və onun tez reallaşması üçün çalışırıq.

İstəyimizə çatdıqdan sonra isə dayanmırıq, yeni məqsədlərə doğru irəliləyirik. Amma bəzi insanlar da var ki, onların arzuları heç zaman çin olmayacaq. Onların zamanı sona çatıb və əməl dəftərləri Tanrıya təqdim olunub. Amma hətta soyuq torpaqda yatarkən belə onlar arzularından qalmırlar. Bəs siz, heç ölülərin nəyin arzusunda olmaları barədə düşünmüsünüzmü?

Mömin həyat tərzi sürən insan Qiyamət gününün mümkün qədər tez başlamasını istəyir. Onun ruhu Cənnət libaslarına bürünüb, qəbri isə Cənnət ətirləri ilə dolub və genişlənib. Ona Cənnətdəki məqamını göstərirlər və o, deyir: "İlahi, dirilmə günü tez çataydı!" (Əhməd, Əbu Davud və ən-Nisai). Möminlərdən heç biri yenidən bu dünyaya qayıtmaq haqqında düşünmür və həyatdakı nemətləri arzulamır. Yalnız şəhidlər istisnadır. Onlar yenidən həyata dönərək Allah yolunda qurban olmaq istəyirlər. Quranda Tanrının elçilərinə inanmış və haqqı öz xalqına çatdırmağa cəhd edən mömindən söz açılır. Amma insanlar onu qətlə yetirdilər, göylərdə isə onu böyük hörmətlə qarşıladılar. Ona Cənnətə daxil olmağa icazə verildikdə o, bu haqda xalqının da məlumat almasını istəmişdi (Yasin, 26-27).

Amma günahkar, Allahın buyuruqlarına etinasız yanaşan, Onun Rəsulundan (s) nümunə götürməyən insan yenidən həyata dönmək arzusundadır. Onun məzarı odlara bürünüb, qaynar külək və üfunət ona əzab verir. Lakin o, hətta bunlara əbədi dözməyə hazırdır. Təki Qiyamət günü başlamasın! O Allaha daha bir şans verilməsi üçün yalvarır. Ancaq bu boş xülyalar heç vaxt reallaşmayacaq. Çünki onun iman gətirməyə kifayət qədər vaxtı var idi. Hətta onu geri qaytarsalar belə, o yenə də əski günahlarını təkrarlayacaq. Çünki nəfsə tabeçilik onun vücudunun ayrılmaz hissəsinə çevrilib.

Bəs sən, əziz oxucu, nə vaxtsa günahları üçün üzülən bu bədbəxtlərin sırasında yer alacağını düşünmüsənmi? Allahın səni bağışlamayacağını ehtimal edirsənmi? Əgər ölümündən sonra kimlərin yanına yollanacağını bilmək istəyirsənsə, ətrafına nəzər sal və əməllərini dəyərləndir. Məsciddə azan veriləndə sən nə işlə məşğulsan? Sübh çağı möminlər Allahdan bağışlanma diləyəndə sən neyləyirsən? İlahi, hazırda məzarlarda namaz qılıb oruc tutan o qədər insan özünü məzəmmət edir ki! Onlar aqibətlərini asanlaşdıracaq istənilən savab haqqında düşünürlər. Bir dəfə Həzrət Məhəmməd (s) məzarın yanından ötərək onun sahibi haqqında soruşub. Cavab aldıqda isə buyurub: "İndi onun üçün iki rəkət sizin bütün dünyadan daha üstündür" (ət-Təbarani).

Allah böyükdür! Bu dünyadan köçən neçə-neçə insan indi sənin yerində olmağı arzulayır! Onlar bir dəfə duaya əl açmaq və ya bir namaza xatir dünyanın bütün qızılını qurban verməyə hazırdılar. Elə isə, vaxtını əbəs yerə itirmə və Allaha yaxınlaşmaq üçün hər andan yararlan. Xeyir iş gör, sədəqə ver, namaz qıl, oruc tut. Tələs! Bütün bunları canın boğazına çatana qədər edə bilərsən. Sonra isə gec olacaq.

e-minbar.com
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.