Cəmiyyət

Azərbaycanda növbəti ana ölümü: doğuşdan bir həftə sonra

5 May 2015 19:28
2 Şərh     Baxış: 4 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lənkəran rayonunda ana ölümü faktı baş verib. APA-nın xəbərinə görə, Lənkəran rayonunun Şıxakəran kənd sakini, 1978-ci il təvəllüdlü Səfərova Arifə Mədaxil qızı aprelin 26-da Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Evə buraxılan qadın mayın 3-də evdə dünyasını dəyişib. Dünyasını dəyişən qadının atası, Lənkəran rayonunun Mamusa kənd sakini Mədaxil Qasımov bildirib ki, qızı 3 gün xəstəxanada qalandan sonra evə buraxılıb: "Xəstəxanadan çıxanda bizə gətirdik. Üç gündən sonra ürəyinin sıxıldığını dedi. Təcili yardım çağırdıq. Həkimlər tibbi yardım göstərəndən sonra vəziyyəti yaxşılaşdı. Səhəri gün isə ayağında qızartı yarandı. Yenidən təcili yardıma müraciət etdik. Bu dəfə həkim trombdan şübhələndiyini bildirdi. Elə həmin gün də qəflətən evdə dünyasını dəyişdi".

Ata onu da bildirib ki, qızının hər hansı problemi, şikayəti olmayıb. Bu, Arifə Səfərovanın ikinci hamiləliyi olub, onun 10 yaşında qızı var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.