Cəmiyyət

Bakı yollarında YENİLİK

5 May 2015 18:20
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakının bir neçə yerində yeni tipli məlumat informasiya tabloları quraşdırılıb"

Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən NİİM tərəfindən yollarda 48 ədəd məlumat informasiya tablosundan (VMS) əlavə, paytaxtın 8 nöqtəsində yeni tipli tablolar quraşdırılıb: "Ziya Bünyadov prospektində 8, Bakı Dairəvi yolunda 4, Abdulvahab Salamzadə küçəsində 2 ədəd yeni tipli və ikitərəfli məlumat informasiya tablosu quraşdırılıb. Bu tablolar əvvəlkilərdən fərqli olaraq, məlumatları yolun hər iki istiqamətində göstərməklə yanaşı, istənilən növ nəqliyyat məlumatını daha dəqiq görüntülərlə əks etdirir. Yeni tipli məlumat informasiya tabloları daha kompakt formada hazırlanıb və eyni vaxtda təqvimi, saatı, küləyin sürətini, hava temperaturunu, yoldakı sürət həddini və sxemlər vasitəsilə yolda nəqliyyat hərəkətinin intensivliyini göstərir".

Ş.Mehmanqızı qeyd edib ki, hazırda yeni quraşdırılan bu tablolar test rejimindədir və yaxın müddətdə tam istifadəyə veriləcək.

O əlavə edib ki, NİİM Lökbatan dairəsi yaxınlığında şəhərə giriş istiqamətində daha bir VMS quraşdırıb. Artıq bu istiqamətdən paytaxta gələn sürücülər bu tablo vasitəsilə şəhərə daxil olmamış yoldakı vəziyyətdən xəbərdar ola biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.