Cəmiyyət

Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

5 May 2015 18:02
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Baş Dövlət Yol Ppolisi İdarəsindən Trend-ə bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan "TOUR d' AZERBAİDJAN" beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhərində:
Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şossesi, əks istiqamətdə)
saat 10:00-dan 10:40-dək,

Bakı-Ələt yolunda:
Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində)
saat 10:30-dan 11:10-dək,

Sahil-Z.Tağıyev qəsəbələrini birləşdirən yolda:
Sahil-Z.Tağıyev yolu (hər iki istiqamətdə)
saat 11:00-dan 12:00-dək,

Bakı-Şamaxı yolunda:
Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində)
saat 11:50-dən 12:15-dək,

Bakı-Sumqayıt yolunda:
Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində)
saat 12:10-dan 12:25-dək,

Masazır-Novxanı-Sumqayıt yolunda:
Masazır-Novxanı yolu (hər iki istiqamətdə)
saat 12:15-dən 12:30-dək,
Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə)
saat 12:20-dən 12:45-dək,

Sumqayıt şəhərində:
Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh pr-ləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək pr-nin kəsişdiyi ərazi
saat 12:30-dan 14:30-dək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.