Cəmiyyət

Bakı Gül bayramına belə hazırlaşır - VİDEO

5 May 2015 17:58
0 Şərh     Baxış: 2 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çadırlar qurulub, park boyu maketlər düzülüb

Paytaxtda Gül bayramı ilə əlaqədar olaraq hazırlıq işləri davam etdirilir.

ANS TV-nin məlumatına görə, ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü bu il də onun adını daşıyan parkda baş tutacaq.

Artıq paytaxtı al-əlvan lalə gülləri bəzəyib. Bayramla bağlı hər il olduğu kimi, bu il də müəyyən işlər görülür. Yerli güllərdən istifadə etməklə yanaşı, xarici ölkələrdən də müxtəlif növdə güllər gətirilib. Dəmir konstruksiyaları Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən gətirilən müxtəlif növ güllər bəzəyəcək. Ərazidə çadırlar qurulub, park boyu maketlər düzülüb. Hazırlıq işlərinə isə hələ bir həftə bundan əvvəl start verilib.

Parkın ətrafı da Gül bayramına aid lövhələrlə bəzənib. Təkcə Heydər Əliyev parkında deyil, həmçinin Sahil bağında da artıq hazırlıqlara başlanılıb. Parkda Alov qüllələrini əks etdirən stendlər də quraşdırılıb. Ayın 7-də isə həmin stendlər al-əlvan güllərlə bəzədiləcək. Bu il də tarixi məkanlarımızın maketləri və güllərdən ibarət fiqurlar park boyu göz oxşayacaq. Ənənəvi xarakter daşıyan Gül bayramı Qış bulvarında da qeyd olunacaq. Yəni Qış bulvarı da gül yağışına qərq olacaq.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.