Cəmiyyət

I Avropa Oyunlarında internet pulsuz olacaq

5 May 2015 15:17
Baxış: 1 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bütün arenalarda insanlar internet xidmətindən Wi-Fi vasitəsilə pulsuz istifadə edə biləcəklər.

Bunu Trend-ə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, hələlik pulsuz internet xidməti mexanizmlərinin və prosedurların dəqiqləşdirilməsi, bunun hansı şəkildə təşkil olunması ilə əlaqədar iş aparılır.

E.Vəlizadə qeyd edib ki, ümumilikdə Avropa Oyunlarına hazırlıq plana uyğun şəkildə həyata keçirilir və demək olar ki, nəzərdə tutulmuş bütün işlər bitib. İndi bəzi sahələrdə son sınaq işləri həyata keçirilir: "Hazırlıq səviyyəsi yüksəkdir. Oyunların keçirilməsi ilə bağlı üzərimizə düşən sahələrdə bütün xidmətləri göstərməyə tam hazırıq".

Nazir müavini bildirib ki, Bakıda və Mingəçevirdə mövcud və yeni tikilən idman arenalarının rabitə kanalları ilə əlaqələndirilməsi, onların telekommunikasiya kanalları ilə təmin edilməsi üçün 270 km-dən artıq xətlər çəkilib: "Arenalarda rabitə, internet xidmətlərinin göstərilməsi üçün imkanların yaradılması təmin edilib. Televiziya yayımı məsələsi də həllini tapıb. Oyunların bütün dünyaya televiziyalarla yayılmasına Azərbaycanın "Azerspace -1" peyki də daxil olmaqla 4 peyk cəlb olunub. Arenaların içində avadanlıqların tezliklərlə təmin olunması və bölgüsü işləri görülüb. Bundan əlavə, l Avropa Oyunları ilə bağlı poçt markaları dəsti hazırlanaraq buraxılıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.