Cəmiyyət

Bakının ekspressləri bu ünvanlarda dayanacaq - FOTO

5 May 2015 16:20
0 Şərh     Baxış: 4 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspress avtobusların xidmət göstərəcəyi və dayanacağı ünvanlar müəyyənləşdirilib

Anspress-in məlumatına görə, Avropa Oyunları ərəfəsində və yarış günlərində xüsusi ünvanlarda dayanan ekspres avtobuslar oyunlar keçirilən ərazilərə gedəcək.

Ekspress avtobuslara metronun "Nizami", "28 may", "Gənclik", "Koroğlu", "Elmlər Akademiyası" və "20 yanvar" stansiyalarının yaxınlığındakı dayanacaqlarda minmək olar.

Qeyd edək ki, Avropa Oyunları keçirilən ərazilərdə xidmət göstərmək üçün Bakıya 300 ədəd "İVECO" markalı sərnişin avtobusu gətirilib.

Yeni avtobuslar Avropa standartlarına tam cavab verir.

Həmin avtobuslar Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və "Bakıbus" şirkəti tərəfindən gətirilib. Avtobuslar sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.

Yeni avtobuslardan əlillər də istifadə edə biləcək.

Həmin avtobusları idarə etmək üçün xüsusi geyimli sürücülər ayrılıb. Sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.