Cəmiyyət

Alimimiz Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçildi

5 May 2015 14:55
Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu barədə qərarı bu günlərdə Bakıya səfər edən Rusiya Təbiət Elmləri Akademiyasının nümayəndəsi açıqlayıb.

AMEA nəzdində RSXM-də keçirilən toplantıda Q.Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru, Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri , Elmi-sənaye, Neft və Qaz İstehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev tərəfindən Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalı ilə təltif olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.