Cəmiyyət

İrana gedənlərin nəzərinə: "polis"ə aldanmayın

5 May 2015 14:33
Baxış: 2 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ziyarət, müalicə və s. məqsədlərlə İrana yollanan vətəndaşlarımız son günlərdə özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən aldadılır, qarət olunurlar.

Əldə etdiyimiz məlumatlara görə, əllərində rasiya olan həmin şəxslər İran ərazisində Azərbaycan vətəndaşlarını saxlayırlar. Guya "baxış" keçirən "polis"lər az sonra "qurban"ını narkotik maddə və ya saxta pul ticarətində suçlayırlar. "Baxış" əsnasında aşkarladıqları pul, zinət əşyaları, mobil telefon və ümumiyyətlə, dəyərli nə varsa götürən "polis"lər qənimətlərini də götürərək aradan çıxırlar.

Aldadılan və qarət olunan vətəndaşımız isə İranda polis idarələrinə müraciət edəndə onları saxlayan, "baxış" keçirən adamların yerli hüquq-mühafizə orqanlarının əməkdaşları yox, quldur və fırıldaqçı olduqları aşkarlanıb.
İranda bu şəxslərin axtarışları və cəzalandırılmaları ilə bağlı aparılmış əməliyyatların heç biri sonuc verməyib.

Ümumyyətlə, bütün axtarışlar nəticəsiz qalıb.

Bunu nəzərə alaraq İrana yollanan vətəndaşlarımıza qonşu ölkədə olarkən ehtiyatlı davranmağı, tanımadıqları şəxslərlə ünsiyyətdə sayıq olmağı, az tanınan mehmanxana və müsafirxanalarda qalmamağı tövsiyyə edirik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.