Cəmiyyət

Bakı nəqliyyatında dəyişiklik: bağlanan, yenilənən marşrutlar - SİYAHI

5 May 2015 13:59
0 Şərh     Baxış: 2 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda sərnişindaşımada optimallığın qaldırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bəzi avtobus xətləri bağlanıb, bəzilərinin isə hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 3-qapılı iri tutumlu avtobusların bəziləri isə xidmətdən yığışdırılıb.

Xidmətdən yığışdırılan və hərəkət istiqaməti dəyişdirilən avtobusların siyahısını təqdim edirik:

14 saylı marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.

20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib.

90 saylı avtobus 83 saylı avtobusla əvəz edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub.

120 saylı avtobusda maşınlar təzələnib.

124 saylı avtobus 20-ci sahəyə qədər uzadılıb.

193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.

70 saylı avtobusun istiqaməti dəyişdirilib.

95 saylı marşrut xəttinin hərəkət istiqaməti "Xətai" metrosuna qədər qısaldılıb.

Namiq Həsənovun onu da bildirib ki, sərnişinnəqliyyatda təkmilləşdirmə işlərilə bağlı paralel hərəkət edən avtobuslar çıxarılıb. Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Avtovağzal istiqamətində hərəkətdə olan avtobusların hərəkətində müəyyən dəyişdirilməsi aparılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.