Cəmiyyət

Leysan yağacaq

5 May 2015 12:56
2 Şərh     Baxış: 9 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yaxın 2-3 gün hava şəraitli buludlu və yağmurlu keçəcək, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, mayın 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağmaq ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 6-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda 2-6, gündüz 7-12 dərəcə isti gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.