Cəmiyyət

Mikayıl Cabbarov beynəlxalq olimpiadada ermənilərin iştirakı məsələsinə aydınlıq gətirdi

5 May 2015 12:55
Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu ilin iyun ayında Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında Ermənistan nümayəndə heyətinin iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, olimpiadanın Təşkilat Komitəsindən nazirliyə bu məsələ ilə əlaqədar müraciət daxil olmayıb: "Amma bizdə məlumat olanda onu bölüşəcəyik".

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan məlumatlara görə, Ermənistan təmsilçiləri bu olimpiadada Azərbaycanda təhlükəsizlikləri təmin ediləcəyi halda iştirak edəcəklərini bildiriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.