Cəmiyyət

ABSURD: Şou əhli camaata mənəviyyat dərsi keçməyə qalxıb?

5 May 2015 10:16
5 Şərh     Baxış: 2 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şou-biznes nümayəndələri çox vaxt ictimaiyyət qarşısına qalmaqalları, səs-küyləri ilə çıxırlar. Elə ona görə də onlar şou əhlidir.

Ancaq hərdən bəzi ulduzlar mənəviyyat dərsləri keçməyə qalxırlar. Bəzi mənəvi dəyərləri müzakirə etməyə, insanlara ağıl qoymağa başlayırlar. Sözsüz ki, onlar da ölkəmizin tam hüquqlu vətəndaşlarıdır və baş verənlərə öz münasibətlərini bildirmək haqları var. Heç kim onlardan bu haqqı almır. Ancaq məsələ başqadır.

Hər kəsin öz fikri ola bilər, ancaq bunu ictimai şəkildə televiziya ekranlarından insanların beyinlərinə yeritməyə hər kəsin mənəvi haqqı varmı? Təsəvvür edin ki, cinayətləri ilə dünyaya səs salan Çikatilo efirə çıxaraq uşaqları sevməyə səsləyir. Və ya Kim Kardaşyan birdən-birə bakirəliyin necə müqəddəs olduğu barədə söz açır. Absurddur, deyilmi? Beləsini təsəvvür edə bilirsiniz?

Ancaq Azərbaycanda bəzən belə şeylər olur. İndiyə qədərki hərəkətləri ilə əxlaqdan tamamilə kənar olduqlarını sübuta yetirən şou nümayəndələri birdən-birə çıxıb efirdə insanlara əxlaq dərsi keçirlər. Uşaqları necə tərbiyə etməkdən danışırlar.

Məqalənin ardını Day.Az saytından oxuya bilərsiniz.

Fikirlərinizi isə aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.