Cəmiyyət

Sürücülər bu xəbərə mütləq baxsınlar

5 May 2015 10:03
0 Şərh     Baxış: 2 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi "Yol-patrul xidməti haqqında" Təlimatda dəyişiklik edib

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Yol patrul xidməti haqqında təlimata dəyişiklik edilib. Dəyişikliklər İnzibati Xətalar Məcəlləsində mövcud olan qaydalara uyğunlaşdırılıb. Söhbət hansısa qayda pozuntularına görə mübahisəli məsələlər haqqında çıxarılan qərarla bağlıdır. Qaydalara əsasən, belə protokollara baxılan zaman sürücülərin bölməyə məhz polis tərəfindən çağırılıb-çağırılmaması ilə bağlıdır.

Sürücülər polis çağırmalıdır deyirlər. Qanun isə qadağan edir. Söhbət yol hərəkəti ilə bağlı qayda pozuntuları zamanı sürücülərin şikayətinə baxılması prosedurundan gedir. Bəziləri elə bilirlər ki, mübahisəli məsələlərlə bağlı qərar çıxarılan zaman sürücü mütləq səlahiyyətli şəxs tərəfindən bölməyə dəvət edilməlidir.

Amma ''Yol patrul xidməti haqqında'' təlimatda edilən dəyişikliklər bunun əksini göstərir. Təlimatdakı yeniliklər İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılıb. Yol hərəkəti qaydasını pozan şəxs bununla razılaşmırsa, yaxud da yol polisindən şikayəti varsa, inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana göndərilir.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan tərəfindən çağırılması qadağandır. Əvvəllər sürücülər razılaşmadıqları halda mobil telefon, yaxud da məktub vasitəsilə polisə çağırılırdılar. Bununla belə, sürücünün işinə baxılan zaman çağırılmaması onun prosesdə iştirak hüququnu qadağan etmir.

Qayda pozuntusuna baxılmaqla bağlı məlumatlar sürücüyə təqdim edilmiş protokolda öz əksini tapır. Amma bəzən mübahisələr zamanı sürücülər protokolu imzalamaqdan imtina edirlər. Belə olan halda oradakı məlumatlara nəzər yetirmirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.