Cəmiyyət

Metrodan müjdə

5 May 2015 09:30
0 Şərh     Baxış: 2 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metropoliteninin uzun müddətdir bağlı olan əsas giriş qapısı açılıb

Bakı Metropoliteninin "28 May" stansiyası sərnişinlərinin gözlədiyi an gəlib çatdı.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, "28 May" metrosunun əsas girişi açılaraq istifadəyə verilib.

Bundan əvvəl verilən açıqlamalarda yaranmış texniki problemlərlə əlaqədar girişin istismarının yubana biləcəyi vurğulanırdı. Sərnişinlər isə bu müddət ərzində "28 May" stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və "Cəfər Cabbarlı" stansiyasının girişindən istifadə edirdilər.

Qeyd edək ki, "28 May" metro stansiyası 2013-cü il iyul ayının 1-dən "2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq aparılan tikinti işləri ilə əlaqədar təmirə bağlanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.