Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sabahdan tələbə qəbulu üçün ərizə qəbuluna başlayır.
Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Komissiya sədri qeyd edib ki, ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılacaq.
I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.
Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələr əsasında iştirak edirlər.
"Abituriyentin elektron ərizəsi" forması doldurulduqdan sonra ərizələrin təsdiqi təmin edilməlidir.
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra mayın 6-dan 19-dəkTQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər.
QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınan abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt ayrılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
XƏBƏR LENTİ
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
- “Uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?!”
- ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil
- Kirayə üçün kompensasiya veriləcək - Kimlərə şamil ediləcək?
- Burak Özçivitin lüks avtomobilinin qiyməti gündəm oldu – FOTO
- Tbilisidəki aksiyada polislər yaralandı
- Xəzərdə tikinti üçün süni torpaq sahələri yaradılacaq
- Hindistanda dünyanın ən böyük seçkiləri başladı
- Yunus Oğuzun "Cığır" romanı Zəfərə gedən yolumuzun cığırlarını göstərən bir romandır - Cahangir Məmmədli
- Bakıda evdə PARTLAYIŞ: ölən var
- Reper 60 milyona avtomobil aldı
- Azərbaycanlının öldürdüyü şəxs məşhur imiş
- Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
- Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..
- "Meyxananı böyük səhnəyə atam gətirib"
- Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
- Səhiyyə nazirindən VAKSİNASİYA ilə bağlı əmr - bu uşaqlara...
- Video çəkilişi mediaya təqdim edənlər cərimələnəcək
- Bu halda ipotekaya xitam veriləcək
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək – Yeni qayda təsdiq edildi
- Qərbin "erməni yalanları" çox tez faş oldu