Cəmiyyət

Yağış yağacaq, şimal küləyi əsəcək

3 May 2015 00:05
0 Şərh     Baxış: 6 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 24-29° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 22-26° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 21-26°, dağlarda gecə 8-12°, gündüz 16-21° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.