Mayın 1-dən başlayacaq "Milan Expo 2015" beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə yaradılacaq.
Bu barədə Trend-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılacaq. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdiriləcək. Bu monitorlar vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olacaq. Pavilyonla tanış olan ziyarətçilər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görəcək, buradakı insanlarla əlaqə saxlaya biləcəklər. Eynilə, paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanacaqlar. Böyük miqyasda Şərqlə və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın "Mirroring Baku" adlı bu layihəsi yığcam şəkildə minlərlə insanın ünsiyyətinə şərait yaradacaq.
Hazırda Heydər Əliyev Mərkəzinin parkında "Mirroring Baku"nun quraşdırılması işləri başa çatmaq üzrədir.
Qeyd edək ki, "Milan Expo 2015" beynəlxalq sərgisində "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" (Azerbaijan: Treasure of Biodiversity) adlanan milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunur.
"Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə təmsil olunacaq. Onlardan yalnız 55-i öz milli paviliyonu ilə iştirak edir. Oktyabrın 31-dək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən 20 milyonadək qonağın qatılacağı proqnozlaşdırılır.
1800 kv.m ərazidə təşkil olunan dördmərtəbəli Azərbaycan pavilyonu tərtibatı və ölkəni təqdimat formasına görə seçilir. Hazırlıqların səviyyəsi və aparılan işlərin tempi baxımından ilk gündən fərqlənən milli pavilyonumuzda mayın 1-dən Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən təqdimatlar həyata keçiriləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"Milan Expo 2015" sərgisində Bakı və Milan arasında birbaşa əlaqə yaradılacaq - FOTO
27 Aprel 2015 17:49
Baxış: 4 013
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
XƏBƏR LENTİ
- Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin
- “Barselona”dan “Bavariya”ya
- Bakıda 22 yaşlı qızı qətlə yetirdilər
- "Zaur, sənin üzünə vurulandan edirəm" - VİDEO
- İsrail Bağdadı vurdu - VİDEO
- Bakıda çörək zavodunda DƏHŞƏT: İş yoldaşını qətlə yetirdi
- Dünyanın ən təmizkar ölkələri məlum OLDU
- Ekvadorda fövqəladə vəziyyət elan edildi
- Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin!
- Ukraynanın taleyi bu gün həll oluna bilər
- Duzlu yemək də xərçəng yaradır - Onkoloq
- Macarıstanın Baş naziri Aİ-nin hazırkı rəhbərliyini kəskin tənqid etdi
- Muxtar Babayev: COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir
- İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib
- İlham Əliyev daha bir tarix yazdı – Türk general
- Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb
- Quterreş Azərbaycan və Ermənistana çağırış etdi
- Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb
- Çin ordusunda İnformasiya Dəstəyi Qüvvələri yaradılıb
- Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...
- Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb
- NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib