Cəmiyyət

Əlibəylidə son durum - VİDEO

27 Aprel 2015 16:52
0 Şərh     Baxış: 2 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan hər ilin aprelində ermənilər Əlibəyli kəndini güclü atəşə tuturdu. TTV (Region TV) xəbər verir ki, kənd sakinləri deyirlər ki, bu il belə hallara rast gəlinməyib. Azərbaycan Ordusunun gücünə bələd olan düşmən son günlər təxribatlara əl atmır.
 

Kənd sakini Çingiz Bəşiroğlu: "Onlar yaxşı görürlər ki, bizim hərbimiz güclənir, texnikamız var. Yaxşı komandirlərimiz, əsgərlərimiz var, onların sayəsində susurlar. Düşmən birini atanda bizimkilər beşinin canını alır. Ona görə də atəş açmırlar".
 

Əlibəylilər deyir ki, qorxmasalar da, ehtiyat üçün aprelin əvvəlindən kənddə el şənlikləri, kütləvi tədbirlər təxirə salınırdı. Son günlər düşmənin saysız-hesabsız itkisi Əlibəyli sakinlərini ruhlandırıb.
 

Kənd sakini Fərhad Tanrıverdiyev:"Onlar bir güllə atanda bizimkilər onunu atır. İndi tam sakitçilikdir. Hamı evində - eşiyindədir. Görürsünüz, əkinimiz, biçinimiz, həyətimizdə toyumuz, oynamağımız, hər bir şey öz qaydasındadır".

Hər təxribatında böyük itki verərək geri çəkilən ermənilər bu il də qondarma soyqırımın ildönümü ərəfəsində susmağa məcbur oldu. Yəqin ki, ermənilər dünyanı yalançı qətliama inandırmaq istədikləri dönəmdə həqiqi itkilər verə biləcəklərini anlayıblar.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.


фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.