Cəmiyyət

16 üzvü küçədə qalan şəhid ailəsi: "Gah o qonşuda qalırıq, gah da bu qonşuda"

27 Aprel 2015 15:13
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yevlax rayon Salatın Əsgərova küçəsi mənzil 55 ünvanında yaşayan Kərimovlar ailəsi evsiz qalıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, onların ümumi sahəsi 400 kvadratmetr olan,  ikimərtəbəli, 6-otaqlı evi bu il aprelin 16-da yanıb. Elektrik naqilində baş verən qısaqapanma nəticəsində baş verən yanğın nəticəsində evdəki bütün əşyalar və sənədlər sıradan çıxıb:

"Vəziyyət pisdir. Gah o qonşuda qalırıq, gah da bu qonşuda. Bu pal-paltarı da bizə qonşular veriblər, hərəsi bir yorğan, bir döşək verib", - deyib evi yanan Mübariz Kərimov.

Hazırda 16 nəfərdən ibarət  Kərimovlar ailəsi məskunlaşmaq üçün yer axtarır. Onlar deyirlər ki, evi yenidən tikmək imkanında deyillər. Mübariz Kərimov bildirib ki, məsələ ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb: "Xahiş edirəm, bizə kömək etsinlər. Heç olmasa, bir dənə qaraltı edək, içərisində qalaq".

İndi Kərimovlar ailəsinin ümidi imkanlı şəxslərə və digər qurumlaradır. Qeyd edək ki, bu ailənin üzvü Baxşeyiş Kərimov Qarabağ uğrunda gedən döyüşlərdə  şəhid olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.