Cəmiyyət

Bakıda qeyri-adi yenilik - FOTO

27 Aprel 2015 14:52
0 Şərh     Baxış: 3 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda qəribə avtobus dayanacaqları quraşdırılıb.

Bu barədə Facebook sosial şəbəkəsində fotolar yayılıb. Fotolarda görmək olur ki, yeni sarı rəngli dayanacaqlar avtobus maketindən ibarətdir.

Yeni quraşdırılan avtobus dayanacaqlarını Binəqədi rayonu ərazisində, Sulutəpə qəsəbəsinə gedən yolda, Hökməli dairəsi yaxınlığında görmək olar.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumda avtobus dayanacaqlarna nəzarət şöbəsinin müdiri Telman Qasımovun anspress-ə verdiyi məlumata görə, həmin dayanacaqlar "Təmiz Binəqədi" layihəsinin tərkib hissəsidir.

Qurum rəsmisi bildirib ki, ümumiyyətlə, paytaxt ərazisində Avropa Oyunları ilə əlaqədar bütün avtobus dayanacaqları təmizlənir. Sınmış dayanacaqlar təmir olunur. Yaranmış bütün qüsurlar aradan qaldırılır.

Böyütmək üçün şəklə klikləyin.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.