Cəmiyyət

Bakıda yeni yol nişanları və yeni qadağalar

27 Aprel 2015 13:15
Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk Avropa Oyunları ilə bağlı yeni yol nişanları, göstərici löhvələr quraşdırılır

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, idmançıların, yüksək səviyyəli qonaqların, texniki heyətin, media nümayəndələrinin və digər qonaqların hərəkət edəcəyi yol şəbəkəsi boyu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətləri çəkilir.

Xüsusilə əsas yol şəbəkəsində eni 3,75 metr olan "Oyunlar zolağı" ayrıca işarələnəcək, hərəkət zolağının kənarlarında 25 sm enində sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Oyunlar zolağı"na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.