Cəmiyyət

Bu nişanlı gənc itkin düşüb - FOTO

27 Aprel 2015 12:20
3 Şərh     Baxış: 4 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Bakıda Samir Hüseynov adlı şəxs bir neçə gün öncə itkin düşüb. Bu barədə oğlanın bacısı məlumat verib. İradə adlı xanımın sözlərinə görə, Samirin 22 yaşı var və bu günəcən onun heç bir şəxslə problemi olmayıb.

İradə xanımın Milli.Az-a verdiyi məlumata görə, bu cür hadisə ilk dəfədir ki, yaşanır.

"Hal-hazırda polis bölməsindəyəm. Deyilənə görə, sonuncu dəfə qardaşımı Park Bulvarda alış-veriş edərkən görüblər. Polis bölməsində sözügedən mərkəzin kameralarını izləyirik.

Onun heç bir şəxslə problemləri olmayıb, nə dostları, nə ailəsi, nə də nişanlısı ilə. Samirin dostları ilə də danışmışıq, ancaq hamısı onu üç-dörd gün bundan öncə gördüklərini söyləyirlər".

Ceyhun Ələkbərov
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.