Cəmiyyət

Bu azərbaycanlı ailəsi 5 ildir ilanlarla yaşayır

26 Aprel 2015 17:44
1 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağcabədi rayonunun Boyad kəndində yerləşən yaşayış evlərindən birinə ilanlar daraşıb.
"Report" xəbər verir ki, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.

Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb.

"Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb", - deyə M.Aslanov bildirib.
Ağcabədi Rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.