Cəmiyyət

Onları dil sınağına çəkdilər - YENİLƏNİB - VİDEO

26 Aprel 2015 15:02
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:02

Kanal S (Region TV) xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahan keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində baş tutub.

Şəki üzrə keçirilən imtahanda Şəki ilə yanaşı, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Mingəçevirdən abituriyentlər iştirak edib. Rus bölməsi üzrə elektron ərizəsini təsdiq etmiş 374 abituriyentdən 29 nəfəri isə müəyyən səbəblərdən imtahanda iştirak etməyib. 12 saylı məktəbin binasında keçirilən imtahan prosesinə nəzarət etmək üçün 3 imtahan rəhbəri və 33 nəzarətçi cəlb edilib. İmtahan saat 13:00-da başlayıb və 45 dəqiqə davam edib. Bu müddət ərzində abituriyentlər Azərbaycan dili fənnindən 30 sual üzrə öz bilik və bacarıqlarını nümaiş etdiriblər. Qeyd edək ki, bu imtahanda qeyri-məqbul qiymət alanlar və ya iştirak edə bilməyənlər iyulun 7-də keçiriləcək növbəti Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə bilərlər.

---------
10:13

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahan keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda 8426 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 4041 nəfəri oğlan, 4385 nəfəri qızdır.

Bakıda 5525, Naxçıvanda 26, Gəncədə 821, Sumqayıtda 587, Şəkidə 374, Ağcabədidə 109, Göyçayda 224, Şirvanda 144, Lənkəranda 160, Xaçmazda 456 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 63 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb.

Aprelin 26-da keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.

Milli.Az

---------
15:02

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.