Cəmiyyət

Sosial sığorta, fərdi uçot, pensiya sistemləri ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklər ediləcək

25 Aprel 2015 12:14
0 Şərh     Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən ilin noyabrında ölkə başçısı tərəfindən 2014-2020-ci illəri əhatə edən pensiya sistemində islahat konsepsiyası imzalanıb. Kəpəz TV (Region TV) xəbər verir ki, "Həmin konsepsiya pensiya sisteminin institusional dəyişiklikləri üçün mühüm vəzifələri müəyyənləşdirir", - deyən DSMF sədri Elman Mehdiyev qurum tərəfindən hazırlanan yeniliklər barədə danışıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta, fərdi uçot, əmək pensiyalarının təyinatı şərtlərilə bağlı qanunvericiliyə ciddi dəyişikliklərin layihəsi hazırlanır. Dəyişikliklərdən biri sosial sığorta haqlarının fərdi hesablarda uçotu qaydalarının əsaslı şəkildə yenilənməsini nəzərdə tutur.

Elman Mehdiyev: "Yəni, hazırkı 50%-lik hissəsinin deyil, 100 faizlik - tam məbləğinin fərdi hesablarda təyin olunaraq pensiya məbləğlərinə yönəldilməsini ifadə edəcək. Bunun nəticəsində yuxarı əməkhaqlarından yuxarı sosial sığorta haqları ödəyənlər daha yüksək pensiya təminatına malik olacaqlar".

Bu günə qədər ödənilən sosial sığorta haqları da yarı faizlik hesablarda qeydiyyata alınmasına baxmayaraq, dəyişiklikdən sonra yeni qaydalara transfer olunacaq.

Elman Mehdiyev: "Pensiyaların hesablanması alqoritmi də əsaslı şəkildə dəyişəcək. Bü gün ölkədə pensiyaların iki pilləli - baza və sığorta hissəsindən ibarət maliyyələşdirilməsi prosesi aparılır. Baza hissəsinin restruktrizasiyası nəticəsində pensiyalar vahid tərkibdə, yəni yalnız sığorta hissəsindən ibarət olaraq hesablanacaq. Bu sığorta hissəsi də sosial sığorta kapitallarının 100 faizlik uçotuna əsaslanacaq".
Elman Mehdiyevin sözlərinə görə, DSMF bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də genişmiqyaslı texniki işlərin reallaşdırılması ilə bağlı bütün hazırlıq işlərini, demək olar ki, yekunlaşdırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.