Cəmiyyət

Azərbaycana qar yağıb

23 Aprel 2015 10:05
0 Şərh     Baxış: 4 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Quba rayonunun dağlıq ərazilərinə 25 sm-dək qar düşüb.

APA-nın verdiyi məlumata görə, ən çox yağıntı Quba rayonunun Qırız kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığı 25 sm-ə çatıb.
 
Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, qarın hündürlüyü Xınalıqda 20 sm, Bostankeçdə 18 sm, Qusar rayonunun Ləzə stansiyasında 12 sm, Kuzunda 7 sm, Susayda isə 6 sm-dir.
 
Havanın temperaturu bəzi yerlərdə mənfi 7 dərəcəyədək düşüb.
 
Qeyri-sabit hava şəraitinin aprel ayının 25-dək davam edəcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.