Cəmiyyət

Külək kəsib, yağış gələcək

22 Aprel 2015 12:54
0 Şərh     Baxış: 6 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda əsən güclü şimal-qərb küləyi sabah gündüz mülayimləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın ciskinli olacağı, gecəyə doğru yağış yağacağı proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 23-də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.