Cəmiyyət

Bakıda ildə 78 gün hava yağıntılı olur

21 Aprel 2015 16:11
0 Şərh     Baxış: 2 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda ən çox yağıntılı günlər oktyabr-yanvar, ən azı isə iyun-avqust aylarında müşahidə edilir

Bakıda atmosfer yağıntılarının aylar üzrə davamiyyəti müxtəlifdir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, paytaxtda ən çox yağıntılı günlər oktyabr-yanvar, ən azı isə iyun-avqust aylarında müşahidə edilir. Bu, həm yağıntıların maksimum miqdarında və həm də orta miqdarında özünü göstərir.

Yağıntıların orta illik davamiyyəti 612 saat, maksimum davamiyyəti isə 1452 saatdır. Atmosfer yağıntılarını səciyyələndirən mühüm göstəricilərdən biri də il ərzində aylar üzrə müxtəlif miqdarda yağıntı düşən günlərin sayıdır. Bakı şəhəri üzrə bu göstərici müxtəlif rəqəmlərlə ifadə olunur.

Orta çoxillik məlumata görə, kəmiyyəti 10 mm və daha çox olan yağıntılı günlərin sayı yalnız oktyabr, noyabr və dekabr aylarında nisbətən çox olur. Bunların sayı ildə 5 gündən artıq olmur. 5 mm-dən artıq yağıntılı günlərin sayı ildə 12 gün olmaqla sentyabr-aprel aylarında nəzərə çarpır. 1 mm və daha çox yağıntı düşən günlər bütün aylarda ən azı bir gün, ən çoxu isə 6 günə qədər müşahidə edilir və ildə 42 gün olur. 0,1 mm və daha çox yağıntı düşən günlər də hər ay müşahidə edilir. Ümumiyyətlə, Bakıda yağıntılı günlərin sayı ildə 78 gün olur.

Norma üzrə düşən yağıntıların 156,2 mm və ya 67%-i ilin soyuq dövrünə (X-III aylar) təsadüf edir. İlin isti dövrünə isə yağıntıların 33%-i və ya 78,5 mm-i düşür.

Qeyd edək ki, AMEA Coğrafiya İnstitutu "Coğrafiya və təbii resurslar" jurnalında "Bakıda düşən atmosfer yağıntıları haqqında" məqalə çap olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.