Cəmiyyət

Məşhur teleaparıcı vəzifə alması haqda: "Adaptasiya oluram" - YENİLƏNİB

21 Aprel 2015 12:11
9 Şərh     Baxış: 21 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:11

Bu gün "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunan tanınmış teleaparıcı Anar Nəcəfli yeni işindən danışıb.

AzNews.az-a açıqlama verən teleaparıcı bu barədə iki gün öncə məlumat aldığını bildirib: "Yeni işimə bu gün başlamışam, hələ ki adaptasiya oluram. Vəzifəmin icrasına, əsas fəaliyyətə isə bu gün və ya sabah start verəcəm".

Anar Nəcəfli əlavə edib ki, televiziyaların birində hazırladığı yeni layihə dayandırılıb: "Bu işləri görməyə daha vaxtım olmayacaq. Yeni iş yerimin özü də mətbuatla bağlıdır. Bu baxımdan ölkə mediası ilə sıx işləməyə çalışacağam".

---------
11:26

"Azəryolservis" ASC-də kadr dəyişikliyi baş verib.

APA-nın xəbərinə görə, ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev tutduğu vəzifədən azad olunub.

P. Mürsəliyevin yerinə tanınmış jurnalist, teleaparıcı Anar Nəcəfli təyin olunub.

A. Nəcəfli faktı təsdiqləyib.

O əlavə edib ki, öz vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.