Cəmiyyət

17 yaşlı məhbus: "Mənimlə cinsi əlaqədə olub"

20 Aprel 2015 21:32
12 Şərh     Baxış: 23 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə ay öncə rəfiqəsini ürəyindən bıçaqlayaraq öldürən qız ifadəsində yeni cinayət barədə məlumat verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 2014-cü ilin noyabrın 27-də otaq yoldaşı Şəms Abdullayevanı öldürən 1998-ci il təvəllüdlü Aydan Xalidova hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. A.Xalidova Cinayət Məcəlləsinin 120-ci maddəsinə görə həbs edilib. Bu dəfə isə o ifadəsində bildirib ki, 2013-cü ildə, yəni 15 yaşı olarkən Ələkbər adlı şəxslə cinsi əlaqədə olub. Faktla bağlı Xəzər RPİ İstintaq Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşa çatmayan şəxslə cinsi əlaqədə olmaq üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.