Cəmiyyət

Ev həsrətində olanlara şad xəbər

20 Aprel 2015 19:06
2 Şərh     Baxış: 13 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda ipoteka kreditləşməsinin həcminin artırılması bu bazarda pul çatışmazlığının aradan qaldırılmasına yönəlmiş addımlardan biridir". Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.
 

Onun sözlərinə əsasən, Maliyyə Nazirliyi belə addımları dəstəkləyir: "Biz ipoteka kreditinin məbləğini artıra bilərik. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı bazarın fəallaşması üçün əlavə vəsaitlər təqdim edəcək və ehtiyac yaranarsa, hökumət əlavə dövlət təminatı verəcək".
 

S.Şərifovun fikrincə, ipoteka kreditləşməsi sahəsində dəyişiklik bazarın likvidliyinin artımından başqa yerli tikinti materialları istehsalçılarına da dəstək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.