Cəmiyyət

Güclü külək əsəcək, temperatur enəcək

19 Aprel 2015 14:06
7 Şərh     Baxış: 9 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin lent.az-a verdiyi məlumata görə, bu gecə axşam cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyinin güclənəcəyi, axşam mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.

Rayonlarda da hava, əsasən, yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında gecə 8-13, gündüz 17-22 dərəcə, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

A.Verdiyev deyib ki, sabah havanın temperaturu bu günlə müqayisədə 1-3 dərəcə aşağı enəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.