Cəmiyyət

Azərbaycanda yetişən bu bitki 1001 dərdin dərmanıdır

18 Aprel 2015 22:32
6 Şərh     Baxış: 17 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzun dağlıq ərazilərində bitən qulançar bitkisi artıq yetişib. Sakinlər kolların arasından çətinliklə yığılan bu bitkini artıq bazarlara da çıxarıblar. Həm dadı, həm də faydası ilə seçilən qulançarın qiyməti isə heç də ucuz deyil.
 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuz rayonunun Əlibəyli, Yuxarı Öysüzlü kəndlərinin sakinləri may ayının ortalarına qədər qulançarın həm yığımı, həm də satışı ilə məşğul olurlar. Onlar səhər saatlarından etibarən dağlıq ərazilərə gedir və kolluqlardan qulançar toplayırlar. Sakinlər deyir ki, qulançardan hazırlanan təamlar quzu ətindən də dadlı olur. Elə qiyməti də quzu ətinə bərabərdir.
 

Azərbaycanda 9 növü bitən qulançardan həm dərman bitkisi kimi istifadə edilir, həm də müxtəlif xörəklər və salatlar hazırlanır. Bitkiyə Gəncə-Qazax bölgəsində qulançar, Qarabağ və Naxçıvan MR-nın rayonlarında isə mərəçüyüd deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.