Cəmiyyət

“Ay qız, bu nə xaldır üzə düzdürmüsən?..”

18 Aprel 2015 19:35
0 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yəqin ki, şəhərin mərkəzi küçələrində üzərində "tatoo" yazılmış reklamlara rast gəlmisiniz. Bəzi internet saytlarında, qəzetlərdə də bunların elanları rastınıza çıxıb. Bəli, söhbət, özləri demişkən, dəriyə "keyfiyyətli, ağrısız və risksiz" döymə şəkli vuran peşəkarlardan gedir.

Bu məqalədə işin tibbi və gigiyenik tərəflərinə toxunmayacağıq. Halbuki, bu səviyyəli obyektlərdəki xidmətin ümumi vəziyyətini nəzərə alaraq, proses zamanı orqanizmə ağır və yüngül yoluxucu xəstəliklərin (hepatit, QİÇS və dəri-zöhrəvi xəstəliklər) ötürülməsi ehtimalını istisna etmək inandırıcı görünmür.

Toxunacağımız məsələ bu işin dini-əxlaqi cəhətlərinə aiddir. Əvvəla, onu deyək ki, bədənə yazı və ya şəkil döydürmək öz-özlüyündə şəriət baxımından haram deyil. Amma fəsada yol açarsa, haram olar. Və təəssüf ki, ölkəmizdə bu iş əksər hallarda məhz fəsada yol açır.

Birincisi, qadının bədəninə döymə yazını və ya şəkli kişi usta çəkirsə, bu, haram və günahdır. Naməhrəmin baxması və toxunması bu işi haram səviyyəsinə gətirir.

İkincisi, əksər hallarda gənclər sonradan peşmançılıq çəkəcəkləri yazı və şəkilləri öz dərilərinə həkk etdirirlər. Bəzən bu, onların ilk məhəbbətlərinin adı və ya adının baş hərfi olur. Amma həmin gənc başqa bir şəxslə ailə qurduqdan sonra bundan peşman olur, yazını sildirmək məcburiyyəti qarşısında qalır. Bu isə əlavə vaxt itkisi, xərc, fiziki əziyyət deməkdir. Həmçinin, döymə yazı həm yazılan zaman, həm də pozulan zaman bəzi xəstəliklərin qana ötürülməsi ehtimalı yaranır.

Təəssüf ki, bəzən dəri üzərində əxlaqdan və milli mentalitetdən uzaq yazı və şəkillərə də rast gəlirik. Bunu edənlər bilməlidirlər: dəri üzərində döyülən yazı qələmlə çəkilən şəkil deyil ki, istədiyin vaxt yuyasan və ya siləsən. Bunu yazdırmaq bir problemdirsə, sildirmək ondan daha böyük problemdir.

Bunu da nəzərə alaq ki, bir adamın bədənində döymə olması qədimdən bəri xalq içində yaxşı qarşılanmır. Sovet dövründə bədənində döymə yazı olanlara xalq içində məhbusluq həyatı yaşamış şəxs kimi baxırdılar. Həqiqətən, döymə yazıları o zamanlar adətən ya həbsxanada, ya da hərbi xidmətdə dəriyə döydürürdülər.

Günümüzün ən təəssüfverici problemlərindən biri də qadınlarin öz bədəninə şəkil və yazı döydürməsidir. Təəssüf ki, bəzi qadınlar bunu naməhrəm kişiləri cəlb etmək xatirinə edirlər. Ümumiyyətlə, milli düşüncəmizdə qadının tatu etdirməsi mənfi hal sayılır və həmin qadının əxlaqı barədə şübhələrin yaranmasına yol açır.

Qadınlar arasında ən geniş yayılmış tatu növlərindən biri döymə qaşlar çəkdirməkdir. Diqqətə çatdırırıq ki, döymə də zinət (bəzək) sayılır və naməhrəmdən gizlədilməlidir. Deməli, təbii qaşını yoldurub, üstündən döymə qaş çəkdirən qadın bunu naməhrəm kişilərdən gizlətmək məcburiyyətindədir.

islam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.