Cəmiyyət

Yeni doğulmuş körpə üçün kəsilən heyvan erkək olmalıdır ya dişi?

18 Aprel 2015 20:35
0 Şərh     Baxış: 2 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yeni doğulmuş körpə üçün kəsilən heyvan erkək olmalıdır ya dişi? Oğlan uşağının qurbanı ilə qız uşağının qurbanı arasında fərq varmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, uşaq doğulduqdan yeddi gün sonra onun adına qurban kəsmək müstəhəbdir. Buna "əqiqə" deyilir. Hədislərdə buyurulur ki, əqiqənin sayəsində uşaq bəlalardan amanda qalar. Peyğəmbərimiz öz nəvələri Həsən və Hüseyndən (ə) ötrü əqiqə kəsmişdi. Əqiqəni uşağa ad qoyduqdan sonra kəsmək müstəhəbdir. Əqiqə heyvanı dəvə, inək və ya qoyun ola bilər.

Bəzi rəvayətlərə görə, oğlan uşağından ötrü qoç, qız uşağından ötrü qoyun kəsərlər. Bəzi rəvayətlərə görə isə cinsindən asılı olmayaraq, uşaq üçün erkək heyvan kəsmək daha yaxşıdır. Oğlan ya qız uşağının əqiqəsinin sayı arasında fərq yoxdur. Yalnız şafii məzhəbində oğlan üçün iki, qız üçün bir heyvan kəsmək sünnət sayılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.