Cəmiyyət

"Bu tamamilə qanunsuzdur" - Nazirlikdən pul açıqlaması

18 Aprel 2015 10:32
0 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə əlaqədar KİV-də yayılan məlumatlarla bağlı Təhsil Nazirliyinin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, C. Valehov bu barədə sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur: "Hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar.

Əgər belə hallar varsa, bu tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir. Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-1 qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.