Cəmiyyət

Qızlar ictimai nəqliyyatda yer verməlidirlər? - MÜZAKİRƏ

17 Aprel 2015 10:10
88 Şərh     Baxış: 8 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının ictimai nəqliyyatında böyüklərə yer vermək ənənəsi şəhərimizin qonaqlarını həmişə heyran edir. Doğrudan da, belə ənənə heç yerdə yoxdur. Gənc nəsil hələ də bu ənənəni davam etdirir. Milli.Az xəbər verir ki, Day.Az saytı belə bir müzakirəyə yer ayırıb.

Ancaq bir nüans var. Əgər qız oturursa və yanında yaşlı və ya hamilə bir qadın, ya da ki, qucağında körpə uşaq olan kişi ayaq üstə dayanıbsa, qız necə etməlidir? O da yer verməlidir, yoxsa ənənə yalnız kişilərə aiddir?

Görünür, xanımlarımızın çoxu hesab edirlər ki, məhz kişilər yer verməlidirlər, bu məsələ onlara aid deyil. Hərdən ictimai nəqliyyatda bu məsələlərə görə mübahisələrin də şahidi oluruq.

Belə bir qayda varmı ki, yaşlı və ya qucağında uşaq olan kişiyə yer verilməməlidir? Ya da ki, qadın yaşlı, hamilə və ya sağlamlığında qüsur olan həmcinsinə oturacaq yerini güzəştə getməməlidir? Yoxsa güzəştə getməli olanlar yalnız kişilərdir?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.