Cəmiyyət

Nazirlikdən XƏBƏRDARLIQ

15 Aprel 2015 13:11
Baxış: 5 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama yayıb

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı TN-ə mütəmadi müraciət edirlər: "Təəssüf ki, belə şikayətlər xüsusilə yay ayları ərzində, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə vaxtı daha da intensivləşir.

Bununla əlaqədar bildirmək istərdik ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır".

Nazirlik vətəndaşlara müraciət edərək bildirib ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur: "Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti: 146 - 1) məlumat versinlər".

Nazirlik bunu da açıqlayıb ki, müsabiqə zamanı elektron ərizənin doldurulması, sənədlərin təqdim olunması tamamilə ödənişsizdir və sənəd qəbulu prosesi üçün heç bir vəsait tələb edilmir: "Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa Təhsil Nazirliyinə müraciət etmələrini tövsiyə edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.