Cəmiyyət

Hava dəyişkən buludlu olacaq

15 Aprel 2015 00:05
0 Şərh     Baxış: 3 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 15-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 15-də Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 16-da gündüz küləyin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 15-20° , bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14°, bəzi yerlərdə 18°-dək isti , dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dağlarda duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 19°-dək isti, dağlarda gecə 0-4° isti, gündüz 8-13°, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.