Cəmiyyət

Bu gün imtahan verirlər

12 Aprel 2015 11:29
2 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün respublikanın 32 şəhər və rayonunda sınaq imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 64 binada təşkil olunub.
 
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48376 abituriyent qeydiyyatdan keçib.
 
Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.