Cəmiyyət

Bakı Ali Neft Məktəbində "Emerson Process Management" şirkətinin Avropa üzrə prezidenti çıxış edib

10 Aprel 2015 11:29
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Emerson Process Management" şirkətinin Avropa üzrə prezidenti cənab Royland Van Doren Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonağı salamlayıb və onu Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. 2014-cü ilin iyul ayının 8-də BANM və "Emerson Process Management" şirkəti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını xatırladan rektor Elmar Qasımov sözügedən şirkətin Avropa üzrə prezidenti cənab Royland Van Dorenin Ali Məktəbə səfər etməsinin ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktik addım olduğunu deyib. O, bu əməkdaşlığın proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini deyib.

Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri olan BANM-də olmasından razılıq ifadə edən Royland Van Doren dəvətə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. O, tələbələri təmsil etdiyi şirkət haqqında ətraflı məlumatlandırıb. R.V. Doren BANM və rəhbərlik etdiyi şirkət arasında əldə olunan əməkdaşlıq əsasında şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə mühazirə və seminarların keçirilməsinin, təcrübə mübadiləsinin təşkilinin, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə BANM-də xüsusi təlim laboratoriyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdən sonra Royland Van Doren BANM-in tələbələri üçün "Liderlik - Təşkilati uğurlara aparan yol", "Effektiv liderliyin əsasları", "Çoxsahəli liderlik" mövzularında mühazirə ilə çıxış edib.

Sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Sonda "Emerson Process Management" şirkətinin Avropa üzrə prezidenti cənab Royland Van Doren BANM-in "Fəxri qonaq" diplomu ilə təltif olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.