Cəmiyyət

Bakı Ali Neft Məktəbində "Kəpəz" tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib - FOTO

8 Aprel 2015 16:10
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində (BANM) Gəncə şəhərindəki "Kəpəz" tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib

Ali məktəbdən Milli.Az-a verilən məlumata görə, tədbiri açan BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova abituriyentləri salamlayıb və ali məktəbdə görməkdən məmnunluq ifadə edib. O, abituriyentlərə BANM-in fəaliyyəti haqqında qısa məlumat verib.

Sonra BANM-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı təqdimatla çıxış edərək, Bakı Ali Neft Məktəbinin 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığını bildirib. Belə ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısında Bakı Ali Neft Məktəbinin qəbulda 668.017 orta balla birinci yerdə olduğunu deyib. O, bu tədris ili üzrə 17 Prezident təqaüdçüsünün BANM-i seçdiyini və abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də BANM üzrə göstəricinin yüksək - 81.39% olduğunu deyib.

H.Sadıqlı bu sadalananların BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olmasının sübutu olduğunu vurğulayıb. O, həmçinin Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları və mütərəqqi texnologiyalar əsasında həyata keçirildiyi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması barədə məlumat verib.

Təqdimatda statistik göstəricilər, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və universitetlər, BANM-in yeni kampusu haqqında da məlumat verilib.

Sonra abituriyentlərin çoxsaylı sualları cavablandırılıb.

Sonda abituriyentlər BANM-in laboratoriyaları, yeni kampusun maketi və auditoriyaları ilə tanış olublar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.