Cəmiyyət

Doktoranturaya qəbul olmaq istəyənlərə yeni tələblər

7 Aprel 2015 14:01
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda çox güclü gənc elmi elita yaradılmaldır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə bu gün keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XIX Respublika Elmi Konfransında çıxışı zamanı deyib.

A.Әlizadənin sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər güclü elmi potensial var: "Növbəti illərdə bu potensial güclənəcək. Bu, xüsusilə gənclərin hesabına mümkün olacaq".

A.Әlizadə qeyd edib ki, bu gün artıq gənclər Azərbaycan elmində bir məktəb yaradıblar.

Akademiya prezidentinin sözlərinə görə, bu il akademiyada ilk dəfə olaraq magistratura pilləsini yaratmağa nail olublar: "Bu ildən doktoranturaya qəbul olmaq istəyənlər mütləq beynəlxalq dil sertifikatlarını təqdim etməlidirlər. Biz daha akademiyanın xarici dil kafedrasının onlara verdiyi dəstəklə kifayətlənə bilmərik. Deməzdim ki, bunlar çoxluq təşkil edir, amma bugünkü tələbələr ingilis dilini zəif bilir, rus dilini yaddan çıxarırlar. Elmi ədədiyyatın çoxu ingilis və rus dillərində olduğundan bu gün həm rus, həm də ingilis dilini mükəmməl bilmək lazımdır. Başqa xarici dilləri bilmənin öz yeri var və onlar nəzərə alınmalıdır".

Akademiya prezidenti ali məktəb rektorlarını AMEA alimlərinin potensialından istifadə etməyə də cağırıb: "Akademiya sədri kimi ali məktəb rəhbərlərinə müraciət edərək bildirirəm ki, bacardıqları qədər alimləri mühazirə oxumağa dəvət etsinlər. Tələbələri isə alimlərin laboratoriyalarına göndərsinlər. Onlar elmin ön cəbhəsində aparılan metodikanı, üsulları öyrənərək tətbiq etsinlər. Sırf tədris proqramları kifayət etməz. Biz Təhsil Nazirliyindən də xahiş etmişik və yəqin ki, onlar bu məsələyə baxarlar. Bu gün tədris proqramları elmin nailiyyətləri ilə mütləq bir səviyyəyə gətirilməlidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.