Cəmiyyət

Hava dəyişkən buludlu olacaq

7 Aprel 2015 00:05
0 Şərh     Baxış: 2 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20°isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında, əsasən, yağmursuz olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 16-21°, bəzi yerlərdə 23° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağmursuz olacaq. Səhər dağlarda duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.