Cəmiyyət

Dörd gün imtahan olacaq

6 Aprel 2015 09:15
0 Şərh     Baxış: 4 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən monitorinq imtahanlarının keçirilməsinə başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 6, 7 aprel və 9, 10 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçiriləcək.

İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş respublikanın 44 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Goranboy, Şəki, Zaqatala, Balakən, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Bərdə, Füzuli, Beyləqan, Şirvan, İmişli, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad, Masallı, Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.

İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və riyaziyyat fənlərindən həyata keçirilir. 6-cı siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat 13:00-da başlayır. Hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılır.

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumlar) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.