Cəmiyyət

Abituriyentlərin nəzərinə

3 Aprel 2015 13:02
0 Şərh     Baxış: 4 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və 11 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən rus bölməsi abituriyentlərinə müraciət edib.

TQDK-dan Trend-ə bildirilib ki, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 5-dən 18-dək aparılacaq.

Qəbul qaydalarına əsasən, həmin abituriyentlər həmçinin "Azərbaycan dili" fənnindən də imtahan verməlidirlər. "Azərbaycan dili" fənni üzrə ilk imtahan aprelin 26-da, ikinci imtahan isə iyulun 7-də keçiriləcək.

Qeyd olunan kateqoriyadan olan rus bölməsinin abituriyentləri "Azərbaycan dili" fənni üzrə imtahanda iştirak etmək üçün aprel ayının 15-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (https://eservices.tqdk.gov.az/erizebak/azdili/?frm=egov) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün tələb olunan iş nömrəsi və şifrəni internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Rus bölməsinin abituriyentləri həmin iş nömrəsi və şifrədən elektron ərizə qəbulunun digər mərhələlərində də istifadə edə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.